• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1362
— 10.10.2023 15:38

İsmayıllıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

KepezTV Player

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təqdim edilib.
Belə ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində İsmayıllı şəhər sakini Tural Mahmudov saxlanılıb. Şəxsi axtarış zamanı ondan bükümlərdə heroin, tiryək, qurudulmuş marixuana, eləcə də preqabalin və metadon həbləri aşkar edilərək götürülüb. Araşdırma zamanı T.Mahmudovun həmin narkotik vasitələri satış məqsədilə üzərində gəzdirdiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.