KepezTV Player
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2023-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda daha 12 yol layihəsinin başa çatdırılmasını hədəfləyir. Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov o cümlədən hazırda bu ərazilərdə icra olunan yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 km-ə yaxın olan 39 avtomobil tunelinin inşasının həyata keçirildiyini bildirib. Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 2026-cı ilə qədər 2 300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur.
- Baxış: 195