• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1322
— 10.10.2023 12:02

Güclü küləklə müşahidə olunan yağıntılı hava fəsadlar yaradıb

KepezTV Player

Güclü külək Goranboy rayonunun 1 500-dən artıq sakini olan Boluslu kəndində fəsadlar törədib. Gecə saatlarında müşahidə olunan qeyri-sabit hava şəraiti səbəbindən kənd ərazisində irigövdəli bir neçə ağac aşıb, bəzilərinin böyük budaqları sınıb. Aşan ağaclardan biri isə elektrik xəttinin üzərinə düşüb və nəticədə qısaqapanma yaranıb. Bu səbəbdən kəndə elektrik enerjisinin verilməsi yenidən dayandırılıb. Aidiyyati qurumlar tərəfindən yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər aparılıb. Elektrik enerjisinin verilişində yaranan fasilələr artıq aradan qaldırılıb.