• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1361
— 10.10.2023 11:49

Goranboyda evə girən oğrular ər və arvadı döyüb

KepezTV Player

Goranboyda evə girən oğrular ər və arvadı döyüb. Hadisə rayonun Qızılhacılı qəsəbəsində yerləşən fərdi evlərin birində baş verib. Xəsarət alan 1951-ci il təvəllüdlü Verdiyev Səməd Həmid oğlu və onun həyat yoldaşı, 1952-ci il təvəllüdlü Verdiyeva Sədaqət Ədil qızına ambulator yardım göstərilib. Zərərçəkmişlərin bildirdiyinə görə, onlar evlərinə daxil olan oğrular tərəfindən döyülüblər. Daha sonra naməlum şəxslər ev sahiblərinə məxsus pul və qızıl-zinət əşyalarını oğurlayıblar. Faktla bağlı araşdırma aparılır.