KepezTV Player
Azərbaycanın sədrliyi altında İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib. Görüş xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sədrliyi ilə baş tutub. Görüşdə oktyabrın 10-da Şuşa şəhərində keçiriləcək İƏT-in Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasına hazırlıq və təşkilatçılıq məsələləri, habelə tədbirin gündəliyində duran sənədlər müzakirə olunub. Tədbir zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun yüksək səviyyəli xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi, habelə mətbuat konfransında bəyanat ilə çıxış etməsi nəzərdə tutulur.
- Baxış: 240