KepezTV Player
“İsraildəki səfirliyimiz fasiləsiz fəaliyyət göstərir, vətəndaşlarımızla təmasdadır. Vətəndaşlarımızın həlak olması və ya yaralanması ilə bağlı səfirliyə məlumat daxil olmayıb”. Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib. Onun sözlərinə görə, İsraildən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır. Onlar da müntəzəm reyslərlə Azərbaycana gəlirlər. Hələ ki təxliyəyə ehtiyac yoxdur.
İsraildə HƏMAS-ın hücumları nəticəsində ölənlərin sayı 700 nəfəri keçib, 2382 nəfər zərər çəkib. Təkcə ötən gün ölkəyə 3 mindən çox raket atılıb. Bu gecə Aşkelon şəhəri kütləvi raket atəşinə məruz qalıb. İsrail də dünən Qəzzada 500-dən çox hədəfi zərərsizləşdirib.
- Baxış: 165