• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1253
— 09.10.2023 11:40

Bakıda aeroportda Yeni Zelandiyaya göndərilən 1 kq psixotrop maddə aşkarlanıb

KepezTV Player

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı Karqo Terminalında beynəlxalq sürətli poçtdaşıma şirkəti vasitəsi ilə Azərbaycandan Yeni Zelandiyaya göndərilən poçt bağlamasına keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilən 3 bükümdə 1 kq 98 qram metamfetamin aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb. Aparılan istintaq zamanı qeyd edilən cinayəti törətmiş şəxs müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.