Ölkədə sağlamlıq turizminin davamlı inkişafı məqsədilə ilə SOCAR-da Naftalan yatağının perspektivliyinin yüksəldilməsinə dair xüsusi proqram hazırlanıb. Proqramda mütərəqqi qazma üsullarından istifadə olunmaqla, yeni quyuların qazılması nəzərdə tutulur. Artıq bu il 3500 metr dərinlikdə bir quyunun qazılması planlaşdırılır. 1950-ci ildən bu günədək 60 min tona yaxın Naftalan nefti hasil olunub. 1970-ci ildə hasilat maksimum səviyyəyə yüksəlmiş və yataqdan 1779 ton neft çıxarılmışdır. Naftalan yatağının ilkin balans ehtiyatları 1 milyon 165 min ton, ilkin çıxarıla bilən ehtiyatları 117 min ton həcmində qiymətləndirilir. Çıxarıla bilən neft ehtiyatının 52,2 faizi artıq mənimsənilib. Hazırda yatağın qalıq balans ehtiyatları 1 milyon 109 min ton, qalıq çıxarıla bilən neft ehtiyatları 61 min ton təşkil edir. Ümumi quyu fondu 94, cari istismar fondu isə 32 quyudan ibarətdir.
- Baxış: 156