• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1372
— 08.10.2023 19:32

"Xəzri-2023" birgə taktiki təlimi başa çatıb

KepezTV Player

Müdafiə Nazirliyi ilə Qazaxıstan Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən "Xəzri-2023" birgə taktiki təlimi başa çatıb. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov, Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Saken Bekjanov, hər iki ölkənin təlimdə iştirak edən hərbi qulluqçularının iştirakı ilə bağlanış mərasimi keçirilib. Vurğulanıb ki, keçirilən birgə taktiki təlim qarşılıqlı təcrübə mübadiləsində, eləcə də hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılmasında xüsusi əhəmiyyətə malikdir.  Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında oktyabrın 2-dən başlayan taktiki təlimdə İran Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti də müşahidəçi qismində iştirak edib.