• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1182
— 07.10.2023 11:54

Ağstafada itkin düşən uşaq tapılıb

KepezTV Player

Oktyabrın 6-sı axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağstafa rayonunun Göycəli kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə 2020-ci il təvəllüdlü uşağın itkin düşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xüsusi təlim keçmiş it cəlb olunmaqla axtarış-xilasetmə işlərinə başlanılıb. Xilasedicilər tərəfindən azyaşlı səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.