• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1341
— 06.10.2023 19:37

Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

"Azərbaycan-İran dostluğu və əməkdaşlığı bütün bölgə üçün önəmli amildir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev İranın yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaşı qəbul edərkən deyib. Prezident İlham Əliyev regional məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini bildirərək, bu xüsusda 3+3 əməkdaşlıq formatının da təşəbbüskarının məhz Azərbaycan olduğunu qeyd edib, tezliklə bu formatda görüşlərin keçiriləcəyini müsbət bir addım kimi qiymətləndirib. Qonaq Azərbaycanın Qarabağ bölgəsinin reinteqrasiyası ilə bağlı təbriklərini çatdırıb və bunu çox mühüm hadisə kimi dəyərləndirib. O, qeyd edib ki, Azərbaycanın pozulmuş haqlı və ədalətli mövqeyi 30 ildən sonra xoşbəxtlikdən öz yerini tutub və ölkə suverenliyini bərpa edib. Mehrdad Bəzrpaş Cənubi Qafqazda sülhün region üçün böyük perspektivlər yaradacağını bildirib.