Milli Məclis Avropa Parlamentinin 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar Bəyanat qəbul edib. Bəyanatda Avropa Parlamentinin qərəzli qətnaməsinin ikili standartların təzahürü olduğu vurğulanıb. Bildirilib ki, Milli Məclis bu qətnaməyə qəti etirazını bildirir. Sözügedən qətnamə Fransadan olan islamafob deputatların fikri əsasında hazırlanıb. Bu qətnamənin qəbul edilməsi separatizmə açıq dəstək verməkdir. Fransa Cənubi Qafqazda sülh və təhlükəsizlik yolunda əngəldir. Xarici siyasəti iflasa uğrayan Fransanın özünün yeni mənfur müstəmləkəçilik siyasətini Cənubi Qafqazda tətbiq etməyə çalışması səlibçi siyasətinin təzahürüdür. Bu qətnamə Avropa Parlamentinin Cənubi Qafqaz siyasətini təhlükəyə atır. Bəyanatda qeyd edilir ki, Milli Məclis Avropa Parlamentinin rəhbərliyini korrupsiyaya qurşanmış, destruktiv və qərəzli qüvvələri dayandırmağa, Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları əks etdirən obyektiv sənədlər qəbul etməklə bölgədə sülh və sabitlik səylərinə dəstək göstərməyə çağırır.
- Baxış: 146