• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1341
— 04.10.2023 16:55

ABŞ-da Azərbaycan və Türkiyə diplomatlarına hücum edən ermənilər həbs ediləcək

KepezTV Player

ABŞ-nin Los-Anceles şəhərində keçirilən “Türkiyənin ictimai diplomatiyası” adlı konfransda Azərbaycan və Türkiyə diplomatlarına hücum edən ermənilər həbs olunacaqlar. Bu barədə Los-Anceles Polis Departamentinin Ağır Cinayətlər Şöbəsindən bildirilib. Qeyd edilir ki, radikal ermənilərin hücumu ilə bağlı istintaq davam edir. Hücuma məruz qalan 3 nəfərlə bağlı araşdırma aparılır. İş ağır cinayət əməli kimi araşdırılır. İstintaqın nifrət, hücum və təhdid cinayətləri çərçivəsində aparıldığı vurğulanıb.