• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1678
— 04.10.2023 17:21

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

KepezTV Player

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. Dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən filmin nümayiş ilə başlayan tədbirdə ulu öndərin siyasi fəaliyyətinə nəzər salınıb. Respublikada həyata keçirdiyi islahatlar nəticəsində inkişafa nail olunduğu, Samux rayonunda da bunun özünü təzahür etdirdiyi vurğulanıb. Rayonda üzümçülüyün və şərabçılığın inkişafında bunun daha bariz şəkildə özünü göstərdiyi xatırladılıb. Çıxışlarda “Heydər Əliyev İli” çərçivəsində Samuxda reallaşan silsilə tədbirlərin əhəmiyyəti önə çəkilib. Tədbirin bədii hissəsində məktəblilər şeirlər səsləndirib, kompozisiyalar nümayiş etdiriblər. Partiyanın Samux rayon təşkilatının bir qrup üzvünə səmərəli fəaliyyətinə görə Fəxri fərmanlar və Təşəkkürnamələr, eləcə də partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.