• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2126
— 04.10.2023 13:41

Daşaltıda 31 il sonra meyitinin qalıqları tapılan şəhidlə vida mərasimi keçirilib

KepezTV Player

Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan şəhid Veysəl Qasımovla vida mərasimi keçirilib. Veysəl Qasımov 1992-ci ildə Şuşa döyüşlərinin iştirakçısı olub. Daşaltı əməliyyatında döyüşüb və itkin düşüb. Ötən ay Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub.