• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1350
— 04.10.2023 12:19

"Ermənistan reinteqrasiyaya mane olur"

KepezTV Player

 "Ermənistan Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasına mane olur". Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, Dövlət Miqrasiya Xidməti erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasını təmin etmək məqsədilə reintegration.gov.az portalını istifadəyə verib. Portaldan hazırda Qarabağda yaşayan ermənilərlə yanaşı Ermənistana getmiş sakinlərin də istifadəsinə şərait yaradılıb. Bununla belə, qonşu ölkənin bir sıra provayderləri insanların daxil olmasına maneə olmaq üçün öz tərəfində blokda saxlayırlar. Ermənistan ərazisindən insanların portala daxil olmasını təmin etmək məqsədilə domenin real IP ünvanı Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən gizlədilməklə, bloklamadan yayındırılıb və Ermənistandan  sayta girişlər bərpa olunub.