• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1789
— 03.10.2023 18:16

Baş Prokurorluq: İrandakı səfirliyimizə qarşı terror aktı törətmiş şəxs barədə yekun qərar qəbul edilməyib

Bəzi media və sosial şəbəkə səhifələrində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsinə dair məlumatlar yayılıb. Baş Prokurorluqdan bildirlib ki, baş vermiş cinayət hadisəsi üzrə İranda istintaq edilən cinayət işinin gedişatı diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır. “Belə ki, İranın qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib. Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə tərəfindən ədalətli hökmü çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcək”, - deyə məlumatda qeyd edilib.