• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1817
— 03.10.2023 11:34

İcma: ABŞ Konqresinin bir qrup üzvünün Baydenə qərəzli məktubunu sərt şəkildə qınayırıq

KepezTV Player

Ermənistandan qovulmuş azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması Amerika Birləşmiş Ştatları Konqresinin bir qrup üzvünün Prezident Cozef Baydenə göndərdiyi qərəzli məktubu qınayıb. “Belə görünür ki, Qarabağın erməni sakinlərinin tamhüquqlu vətəndaş kimi Azərbaycana reinteqrasiyasına qarşı çıxan və regionda monoetnikliyi dəstəkləyən təkcə Ermənistan hökuməti deyil, həm də Konqresin məlum üzvləri imiş. Konqresmenləri etnik və dini əsaslı ayrı-seçkilik və qərəzli yanaşmalarına son verməyə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə, onun etnik müxtəliflik və birgəyaşayışa əsaslanan reinteqrasiya tədbirlərinə dəstək verməyə, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına dəstək verməyə çağırırıq”, - deyə icmadan bildirilib.