• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1185
— 02.10.2023 09:29

Zaqatalada baş verən partlayışda ölənlərin sayı artıb

KepezTV Player

Zaqatalada baş verən partlayış zamanı xəstəxanaya yerləşdirilən 1991-ci il təvəllüdlü Məqsəd Rzayev dünyasını dəyişib. Bununla da, hadisə nəticəsində ölənlərin sayı iki nəfərə çatıb. Hadisə sentyabrın 30-u saat 22:30 radələrində Zaqatalanın Yengiyan kəndində baş verib. Belə ki, partlayıcı maddənin partlaması nəticəsində 3 nəfər - 1992-ci il təvəllüdlü İlqar Cumayev, 1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alıblar. Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov dünyasını dəyişib.