• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1147
— 02.10.2023 09:11

Xocalıda mövcud vəziyyət öyrənildikdən sonra şəhərin planı hazırlanacaq

KepezTV Player

Xocalıda mövcud vəziyyət təhlil edildikdən və öyrənildikdən sonra şəhərin planı hazırlanacaq. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Xocalıya ilkin baxışın və dəyərləndirmənin həyata keçirilməsi üçün Komitə tərəfindən müvafiq qrup göndəriləcək. "Hazırda bununla bağlı hazırlıq işləri gedir. Sözsüz ki, digər şəhərlərdə olduğu kimi burada da əvvəlcə mövcud vəziyyət öyrənilməlidir. Daha sonra şəhərin planının hazırlanması üzrə işlərə başlamaq olar", - deyə sədr müavini əlavə edib.