• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1642
— 29.09.2023 15:06

Azərbaycanda istehlakçılara 99,7 milyon manat ƏDV məbləği geri qaytarılıb

KepezTV Player

Bu ilin 8 ayında istehlakçılara 99,7 milyon manat Əlavə Dəyər Vergisi geri qaytarılıb. ƏDV-nin bir hissəsinin qaytarılması üçün "edvgerial" portalında 2,4 milyona yaxın istifadəçi qeydə alınıb. Eyni zamanda indiyədək ölkə ərazisində 93 min ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Yeni nəsil nəzarət-kassa aparatından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.