KepezTV Player
Azərbaycan iqtisadiyyatı 2022-ci ildə 4,6 faiz artaraq rekord səviyyəyə - təqribən 80 milyard ABŞ dollarına çatıb. Qeyri-neft və qaz sektorunda 9,1 faiz artım qeydə alınıb. Hazırda ölkənin strateji valyuta ehtiyatları 67 milyard dollardan çoxdur. Bunu Baş nazir Əli Əsədov Tacikistanda “Düşənbə-2023” Beynəlxalq İnvestisiya Forumunda bildirib. Əli Əsədov Azərbaycanın Tacikistanla dostluğun və qarşılıqlı faydalı tərəfdaşlığın gələcəkdə də möhkəmlənməsində hazır və maraqlı olduğunu ifadə edib.
- Baxış: 165