• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 29.09.2023 11:55

"Azərbaycandan Türkiyəyə 10,2 milyard kubmetr təbii qazın nəqli nəzərdə tutulub"

KepezTV Player

Bu ilin sonuna qədər Azərbaycandan Türkiyəyə 10,2 milyard kubmetr təbii qazın nəql edilməsi nəzərdə tutulub. Bunu energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında çıxışında bildirib. Onun sözlərinə görə, bu ilin əvvəlindən indiyədək Azərbaycandan Türkiyəyə 7,4 milyard kubmetr təbii qaz nəql edilib. Türkiyəyə nəql edilən təbii qazın 4,2 milyard kubmetri Trans-Anadolu Qaz Boru Kəməri ilə ixrac olunub. Bu günə qədər TANAP ilə ümumilikdə 24 milyard kubmetrə qədər təbii qaz ixrac olunub.