• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2523
— 28.09.2023 14:03

Ər arvadını qətlə yetirib, özünü yaraladı

KepezTV Player

Yevlaxın Tanrıqulular kənd sakini, 1963-cü il təvəllüdlü Zinyət Zamanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı qadını həyat yoldaşı, 1960-cı il təvəllüdlü Mehman Zamanovun qəsdən öldürməsinə, daha sonra isə tüfənglə atəş açaraq özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda ibtidai istintaq davam edir.