• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1075
— 28.09.2023 13:54

Şuşada sülhməramlıların "KamAZ"ı aşıb, ermənilərə məxsus avtomobillərdə yanğın olub

KepezTV Player

FHN-in qaynar xəttinə Şuşa rayonu, Şuşa-Laçın avtomobil yolunun Turşsu kəndi yaxınlığından keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Rusiya sülhməramlı kontingentinə məxsus “KamAZ” markalı, həcmi 8 ton olan yanacaqdaşıyan avtomobilin yol kənarına aşması ilə yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı yol kənarında dayanan erməni vətəndaşlara məxsus "Hummer" və "Mercedes" markalı avtomobillərdə də yanğın olub. Yanğınsöndürənlər tərəfindən alov söndürülərək ətraf ərazilərə yayılmasına imkan verilməyib.