KepezTV Player
Azərbaycan normallaşma və sülh gündəliyinin irəli aparılması istiqamətində qərarlıdır. Bunu Xarici İşlər Nazirliyində Anım Gününə həsr olunmuş tədbirdə nazir Ceyhun Bayramov deyib. Ceyhun Bayramov müasir tariximizin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın 30 ilə yaxın hərbi işğalına son qoyulduğunu diqqətə çatdırıb. Nazirliyin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası da keçirilib.
- Baxış: 208