• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 910
— 27.09.2023 14:48

Qərbi Azərbaycan İcması BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına cavab verib

"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk Ermənistan və Azərbaycan ilə bağlı verdiyi bəyanatında Azərbaycana və azərbaycanlılara qarşı qərəz və ayrı-seçkiliyə yol verib". Bu barədə "Qərbi Azərbaycan İcmasından bildirilib. "Ali Komissara çox yaxşı məlumdur ki, Ermənistan öz ərazisindən və işğal etdiyi Azərbaycan ərazilərindən bir milyona yaxın azərbaycanlını qovaraq, onların hüquq və azadlıqlarını kobud şəkildə pozub. Ali Komissarı daşıdığı ali vəzifənin mandatına uyğun hərəkət etməyə, rəhbərlik etdiyi təsisatın bəzi dairələrin əlində ucuz siyasi alətə çevrilməsinə imkan verməməyə, dini və etnik zəmində qərəz və ayrı-seçkiliyə son verməyə, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaq hüququna dəstək verməyə və hüquqlarımızın müdafiəsi xahişi ilə 10 avqust 2023-cü il tarixində göndərdiyimiz müraciətə cavab verməyə çağırırıq", - deyə İcmadan vurğulanıb.