• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1075
— 26.09.2023 19:43

Keçmiş məhkum narkotik satışına görə saxlanılıb

KepezTV Player

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Tədbir zamanı Oğuz rayon sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Zaman Mabudov yaxalanıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən qurudulmuş marixuana və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb. Araşdırma zamanı Z.Mabudovun narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. 
 

Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində isə Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. Ümumi çəkisi 3 ton 308 kiloqram olan 4582 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.