• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1084
— 26.09.2023 13:35

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

KepezTV Player

Cəlilabadda Qarazəncir kəndi ərazisində ölümlə nəticələnən qəza olub. Alar kənd sakini 1991-ci il təvəllüdlü Elşən Cəlal oğlu Həbiyev idarə etdiyi "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində "Mercedes" yanıb, sürücü aldığı xəsarətlərdən ölüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin texnikası cəlb olunub. Yanan avtomobil söndürülüb. Faktla bağlı araşdırma aparılır.