• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1192
— 26.09.2023 12:02

Qarabağ bölgəsində mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilir

KepezTV Player

Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib. Bu barədə MN məlumat yayıb. Lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərin silah-sursat anbarı kimi istifadə edildiyi müəyyən olunub. Aşkar edilmiş silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, “Kornet” tank əleyhinə raket kompleksinin idarə olunan raketləri, hərbi geyim dəstləri və zirehli dəbilqələr müsadirə edilib. MN-nin bu günə olan məlumatına görə 909 ədəd atıcı silah və qumbaraatanlar, 47 ədəd artilleriya silahları, 165 ədəd HHM vasitələri, 25 1308 ədəd döyüş sursatları, 1674 ədəd təchizat və ləvazimatlar, 154 ədəd optik və digər cihazlar, 22 ədəd zirehli texnika,  75 avtomobil texnikası və 21 qoşqu müsadirə olunub.