• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1084
— 25.09.2023 14:33

Astarada torpaq sürüşməsi olub, yol bağlanıb

KepezTV Player

Astaranın Şiyəkəran kəndində torpaq sürüşməsi olub, yol bağlanıb. Bu hadisə 10-a yaxın fərdi təsərrüfatı yolsuz qoyub. Çay kənarında yerləşən evlərin yolu çöküb. Uçqun həyətlərin çəpərinə qədər genişlənib. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb olunub. Yolda təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb. Ağır texnikalar vasitəsilə Pensərçayın ərazidən keçən hissəsinin yatağı dəyişdirilir.