• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1674
— 25.09.2023 12:04

"Kəpəz" səfərdə heç-heçə edib

KepezTV Player

Görüşdə hesabı Nizami yurdunun təmsilçiləri açıblar. Qarşılaşmanın 9-cu dəqiqəsində Gəncə klubunun vuran ayağı Abdullahi Şuaybu rəqib qapıçının səhfini düzgün dəyərləndirərək hesabı açıb. Qarşılaşmanın 24-cü dəqiqəsində Jon İrazabal cərimə meydançasına ötürülən topu qola çevirərək hesaba tarazlıq gətirib. Matçın 51-ci dəqiqəsində Bojan Letiç oyunun hakimi İnqilab Məmmədovun əl ilə oyuna görə "Kəpəz"in qapısına təyin etdiyi penalti zərbəsini dəqiq yerinə yetirərək meydan sahiblərini hesabda önə daşıyıb. 9 dəqiqə sonra Azər Məmmədovun yetirmələri əzmkarlıq nümayiş etdirərək qonaqları məğlubiyyətdən qurtarıblar. Giorgi Papunaşvili standart vəziyyətdən qol müəllifinə çevrilib. Bununla da qarşılaşma 2:2 hesabı ilə bitib. Bu nəticədən sonra hər iki komanda xallarının sayını 5-ə çatdırıb və turnir cədvəlində 8-9-cu yerləri bölüşdürür.