• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 718
— 25.09.2023 11:50

Silsilə oğurluqlar etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb

KepezTV Player

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayonun müxtəlif ərazilərindən silsilə oğurluqlar etməkdə şübhəli bilinən, əvvəllər eyni əmələ görə dəfələrlə məhkum olunan 4 şəxsi saxlayıblar. Onlar Quba rayon sakini Rəşad Quliyev, Beyləqan rayon sakinləri Nadir Nadirli, Bəxtiyar Nərimanov və Gəncə şəhər sakini Röyal Hüseynovdur. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq rayon ərazisində olan evlərə girərək oradan 1350 manat, 100 ABŞ dolları və ümumi dəyəri 1110 manatdan çox edən qızıl-zinət əşyaları oğurlayıblar. Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Rəşad Quliyev, Nadir Nadirli və Bəxtiyar Nərimanovun barəsində həbs, Röyal Hüseynovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.