• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2291
— 25.09.2023 11:36

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıblar

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsi Zəyəm Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Samir Məmmədov saxlanılıb. Üzərindən “marixuana” aşkarlanan şəxs narkotiki Elpərəst adlı həmyerlisindən aldığını bildirib. Məmmədova marixuananı 30 manata satmaqda şübhəli bilinən Şəmkir sakini Elpərəst Mansurov da saxlanılıb. Üzərindən narkotik aşkar edilən Mansurov ifadəsində onu Orxan adlı şəxsdən aldığını deyib. Rayon sakini Orxan Alıyev da saxlanılaraq Polis Bölməsinə gətirilən zaman üzərindən və avtomobilindən marixuana aşkarlanıb. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir tədbir nəticəsində isə saxlanılan rayon sakini Orxan Ələddinlinin üzərindən və yaşadığı evdən qurudulmuş marixuana götürülüb. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.