• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1674
— 23.09.2023 19:23

Amputant komandalar yoldaşlıq oyununda qarşılaşıblar

KepezTV Player

Gəncədə amputant futbol komandaları arasında yoldaşlıq görüşü təşkil edilib. Qarşılaşmada “Kəpəz”lə “Neftçi” kollektivləri üz-üzə gəlib. Görüş torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman vətən övladlarının xatirəsinə həsr olunub. Şəhər stadionunun süni örtüklü meydançasında baş tutan oyun həm də daxili çempionata və qarşıdakı turnirlərə hazırlıq çərçivəsində reallaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüş bərabərliklə nəticələnib - 3:3.

Orxan Cəfərzadə