Prezidentin köməkçisi Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin digər beynəlxalq tərəfdaşlarla görüşü barədə “X” platformasında paylaşım edib. Hikmət Hacıyev Azərbaycan tərəfinin dərman, qida və digər məhsulların Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə çatdırılması üçün bütün zəruri şərtləri təmin etdiyini və edəcəyinin diqqətə çatdırıldığını qeyd edib. "Azərbaycan tərəfi BQXK vasitəsilə erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə və ya onlara kömək etməyə hazırdır. Ermənistana tibbi təxliyə üçün tibbi maşınlar Ermənistandan da gələ bilər. Meydanda qalan döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır. Biz könüllü və fərdi seçim əsasında Xankəndi-Laçın yolu ilə mülki şəxslərin şəxsi avtomobilləri ilə hərəkətinin təhlükəsizliyini təmin edirik. Könüllü surətdə silahı yerə qoyan hərbçilər açıq şəkildə bəyan etdiyimiz kimi azaddırlar”, - H.Hacıyev vurğulayıb.
- Baxış: 222