Xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Hanke Braun Slot ilə görüşüb. Ceyhun Bayramov həmkarını Ermənistanın 30 ilə yaxın müddətdə ərazilərimizin işğalı, 44 günlük Vətən müharibəsindən sonra Emənistanın Azərbaycanın Qarabağ bölgəsində qurduğu rejimin qanunsuz mövcudluğundan irəli gələn regional risklər və təhdidlər, Ermənistanın sülh prosesinə xələl gətirən addımları barədə ətraflı məlumat verib. 20 sentyabr tarixində Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəticəsində lokal xarakterli antiterror tədbirlərinin dayandırıldığı, bu gün Azərbaycanın Yevlax şəhərində reinteqrasiya məsələlərini müzakirəsi məqsədilə görüş keçirildiyi diqqətə çatdırılıb, bu addımların Azərbaycan Ermənistan arasında normallaşma gündəliyi üzrə maneənin aradan qalxmasına töhfə verəcəyi diqqətə çatdırılıb.
- Baxış: 163