• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1081
— 21.09.2023 11:51

Avtobus “KamAZ”a çırpılıb, xəsarət alan var

KepezTV Player

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhər şossesində qeydə alınıb. Belə ki, idarəetməni itirən 40 nömrəli marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini “KamAZ” markalı yük avtomobilinə çırpıb. Hadisə zamanı avtobusda olan bir sərnişin xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Avtobus yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır.