Qarabağda antiterror tədbirlərinin nəticəsi olaraq separatçıların ağ bayraq qaldırması Gəncə sakinlərinin də sevincinə səbəb olub. Ordusuna güvənən, prezidentinə inanan əhalinin fikirlərini öyrənmişik.
Sura Rzayeva- sakin: “Onlar çox ağ bayraqlar qaldırıb, qaldıra-qaldıra da gedəcəklər. Allah ordumuzu qorusun, ordumuza cansağlığı versin, İlham Əliyevin canını sağ eləsin, cavanlarımızı qorusun”.
Asif Babayev- sakin: “Mən elə başa düşürəm ki, bu saat dünyada Azərbaycanın ordusuna bərabər bir ordu yoxdur. Yəni ki, məsələni konkret və qısa həll edir, hələ tarixdə belə şey olmamışdı ki, 1 sutka ərzində 1 qurumu məhv edəsən”.
Vüsal Şıxıyev- sakin: “Qələbə münasibətilə bütün Azərbaycan xalqını və ordumuzu təbrik edirəm. Başda Ali baş komandan olmaqla. Düşmənin başqa variantı yox idi. Çünki təslim olmasaydılar, məhv olacaqdılar. Ən yaxşı variant da onlardan ötrü təslim olmaq idi”.
Qasımov İlhami- sakin: “Biz bilirdik ki, güclü ordumuz var. Yəni ermənilər bu ordunun qarşısında heç kimdir, Allaha şükür, bugünkü gün də qələbə sevinci ilə ürəyimiz fərəhlənir. Ordumuzla, vətənimizlə fəxr edirik!”
Natiq Verdiyev- sakin: “Ermənilər tarixən həmişə məğlub olublar. İndi də tarixə əsasən göstərdik ki, ermənilər Azərbaycan xalqı qarşısında acizdir”.
Hüseyn Əliyev- sakin: “Allah Ali baş komandanın canını sağ eləsin. Hərbçilərimizə Allah kömək olsun. Çox böyük qələbədir. Bundan böyük qələbə ola bilməz”.
Rövşən Səftarov- sakin: “Bu hal bizim qürur mənbəyimizdir. Sevinirik. Onlar ağ bayrağı çoxdan qaldırmalı idilər. “Dəmir yumruq” həmişə başlarının üstündə olmalıdır. Ordumuzla qürur duyuruq. Onlarla fəxr edirik. Biz də onların yanındayıq”.
Seymur Məmmədov- sakin: “Bütün Azərbaycan Respublikasını təbrik edirəm, bu qələbə münasibətilə. İnşallah, gələcək nəsillər də övladlarımız, yeni nəsil Qarabağ torpaqlarında rahat yaşayar, təhsil alar”.
Kəmalə Qasımova- sakin: “Çox sevindim. Allah ordumuzu qorusun, prezidentimizi qorusun. Sevincimizin həddi-hüdudu yoxdur. Allah bizə bir də müharibə qismət eləməsin”.
Rövşən Quliyev- sakin: “Biz ordumuza inanırdıq, qələbə qazanmağımıza da inanırdıq. Biz prezidentimizə də inanırdıq ki, biz qələbə qazanacağıq. Bu ermənilər də ağ bayrağı qaldırmalı idilər. Bu, mümkün deyildi. Biz qələbə çalmalıydıq. Onlar bizə qarşı qələbə qazana bilməzlər”.
Azad Mustafayev
- Baxış: 295