• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1103
— 20.09.2023 16:10

Atəş nəticəsində xəsarət alan ekskavatorçunun vəziyyəti açıqlanıb

KepezTV Player

 Ötən gün terror hücumu nəticəsində Ağdamda yaralanan ekskavator operatorunun müalicələri davam etdirilir. Qəlpə yaraları alan Mehman Həsənov Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Sağ diz nahiyəsinin və sol dirsək nahiyəsinin kor qəlpə yaralanması diaqnozu ilə gətirilən xəstənin yaraları cərrahi işlənilib. Lazımi tibbi yardım göstərilib. Hazırda vəziyyəti stabildir.