• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1990
— 19.09.2023 11:48

Laçında baş verən qəzada iki nəfər ölüb

KepezTV Player

Bu gün saat 9 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər. Araşdırma aparılır.