![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/gulkes%2B%2B%2B_0.jpg?itok=_uOv3J1t)
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb. 97 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda Gürcüstan təmsilçisi Givi Maçaraşvili ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Maqomedov həm finala yüksəlib, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
- Baxış: 281