• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1696
— 18.09.2023 17:00

Bakı-Qazax yolunda 3 yük maşını toqquşub

KepezTV Player

Bakı-Qazax yolunda 3 yük maşını toqquşub. Hadisə Ələt qəsəbəsi ərazisində qeydə alınıb.  Qəza nəticəsində irəlidə gedən “KamAz” markalı yük maşını yolun kənarına aşıb. Yük yerində olan mişardaşları yerə dağılıb. Hadisə nəticəsində sürücü ağır xəsarət alıb. Eyni vaxtda “KamAz”a çırpılan yük maşınının ardınca gələn başqa bir yük maşını qəzada iştirak edib. Sözügedən maşınların sürücüləri isə yüngül xəsarət alıblar. Əraziyə polis əməkdaşları cəlb olunub, yolda hərəkətin bərpası istiqamətində işlər görülüb.