• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1539
— 18.09.2023 12:01

Ağdam istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb

KepezTV Player

Sentyabrın 17-si saat 17:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. MN-nin digər məlumatına görə, sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.