• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2169
— 16.09.2023 21:17

“Qarabağ” - “Molde” oyununun biletləri satışa çıxarılıb

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Qarabağ” və Norveçin “Molde” komandası arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. Sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Molde” matçı saat 20:45-də başlayacaq.