Sentyabrın 14-dən 16-dək Qırğız Respublikasının Ali Məhkəməsi və Hakimlər Assosiasiyası tərəfindən “Ekologiya sahəsində ədalət mühakiməsinə çatımlıq” mövzusunda hakimlərin beynəlxalq konfransı keçirilib. Ali Məhkəmədən verilən məlumata görə, Çolpon-Ata şəhərində təşkil olunan konfransda ölkəmizi Azərbaycan Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov təmsil edib. Çingiz Əsgərov bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizin bərpasında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası tətbiq edilir ki, bu da ekoloji baxımdan böyük əhəmiyyətə malikdir. O, Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycan təbiətinə vurulmuş ekoloji ziyanın araşdırılması prosesinin davam etdiyini və Bern Konvensiyasının qaydalarına uyğun olaraq ətraf mühitin geniş miqyasda məhv edilməsinə görə ölkəmiz tərəfindən Ermənistana qarşı arbitraj prosesinə başlandığını diqqətə çatdırıb.
- Baxış: 238