KepezTV Player
Biz nə Ermənistan, nə də hər hansı üçüncü ölkə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə etməyəcəyik. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev TASS-a müsahibəsində deyib. "Dövlətimizin daxili işlərinə müdaxilə edilməsi, o cümlədən Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağdakı erməni etnik azlığı arasında dialoq üçün hansısa “beynəlxalq mexanizmlər” mövzusunun gündəmə gətirilməsi cəhdləri uğursuzluğa məhkumdur. Qarabağ Azərbaycanın daxili məsələsidir və bunun ətrafında mübahisə açan hər hansı cəhdlər regionda dayanıqlı sülhə nail olunması baxımından qeyri-konstruktivdir.", - deyə Hikmət Hacıyev qeyd edib.
- Baxış: 253