• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1827
— 15.09.2023 16:16

2024-cü ilin qrant müsabiqələri bu yaxınlarda elan ediləcək

KepezTV Player

Nazirlər Kabineti Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərin qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydasını, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddini təsdiq edib. Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva vurğulayıb ki, yeniliklər əsasən meyarlarla bağlıdır. "Layihənin QHT-nin nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması əsas şərtlərdən biri olacaq. Layihənin icrası ilə bağlı QHT-nin işçi heyəti layihə idarəetmə imkanlarına malik olmalıdır. Əgər hər hansı QHT dövlət büdcəsindən ayrılmış maliyyəni düzgün idarə edə bilməyibsə, ona 30 və ya 50 min manatlıq qrant məbləği etibar olunmayacaq. Orta qrant müsabiqələrində iştirak üçün daha bir şərt QHT-nin müvafiq olaraq son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 informasiyanın media subyektlərində yayılmasıdır. Böyük qrant məğləblərində isə bu tələblər müvafiq olaraq, 5 il ərzindəki müddəti və azı 20 informasiyanın media subyektlərində yayılmasını nəzərdə tutur. Növbəti ilin qrant müsabiqələri bu ilin payızında, oktyabrda elan olunacaq. 2 ay müddətində layihələrin qəbulunun davam etdirilməsi, dekabrda isə layihələrin ekspertizasına başlanması nəzərdə tutulur. 2024-cü ilin ilk rübündə isə qrant müsabiqələrinin nəticələrinin elanı planlaşdırılır.