• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1155
— 15.09.2023 13:01

İcma: "ABŞ Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıtmasına dəstək verməlidir"

KepezTV Player

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim erməni lobbisi ilə korrupsiya əlaqələrinə görə -hazırda ABŞ Federal Təhqiqatlar Bürosunun istintaqı altında olan senator Bob Menendezin sentyabrın 14-də ABŞ Senatında təşkil etdiyi dinləmələrdə anti-Azərbaycan bəyanat verib. Qərbi Azərbaycan İcması bununla bağlı bəyanat yayıb. “ ABŞ hökumətinə yaxşı məlumdur ki, Laçın yolu bağlı deyil. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə qarşı, əslində, mövcud olmayan təhlükə ilə bağlı Kimin əsassız iddiası ilə bağlı da soruşmaq istərdik ki, Ermənistanın öz ərazisindən 300 min, vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən 700 min azərbaycanlını qovmasına, əsir və girov götürdüyü 4000-dən çox azərbaycanlının taleyinə aydınlıq gətirməməsinə ABŞ hökuməti nə üçün biganə qalıb? ABŞ hökuməti Ermənistanın yalanlarına uymamalı, insan hüquqlarının müdafiəsi məsələsində etnik ayrı-seçkiliyə yol verməməli, Azərbaycanın daxili işlərinə müdaxilə etməməli və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməlidir”, - deyə bəyanatda qeyd edilib.