Dünən Prezident İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər prezidentlər Düşənbədəki “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar. Tacikistan hökumətinin dəstəyi ilə təşkil olunan sərgidə aparıcı şirkətlər öz məhsullarını təqdim edirlər. Sərgidən məqsəd istehsalat müəssisələrinin məhsullarının təqdimatı və Mərkəzi Asiya ölkələri arasında ticarət əməkdaşlığının möhkəmləndirilməsidir.
Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmonun adından Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən prezidentlərin şərəfinə rəsmi qəbul verilib. Sonra dövlət başçıları Tacikistanın təbii sərvətlərinin nümayiş olunduğu sərgiyə baxıblar. Prezident İlham Əliyevin Tacikistana səfəri başa çatıb.
- Baxış: 171